13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada Tatar Biznesə Təşviq İnstitutunda hüquqşünas təhsilini alıb.
Fəaliyyəti
10.1994 - 06.1998 - "Nijnekamskşina" ASC - mühəndis proqramist
06.1998 - 07.2000 - "Nijnekamsk" Kommersiya Mərkəzi - baş mütəxəsis
07.2000 - 04.2004 - Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi - şöbə müdiri, komitə sədrinin müavini
04.2004 - 09.2005 - Kazan şəhər administrasiyasının kadrlar şöbəsinin müdiri
09.2005 - 08.2006 - Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi - sədr
08.2006 - 07.2008 - Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyi - şöbə müdiri
07.07.2008 - 22.05.2011 - Tatarıstan Respublikası Mədəniyyət nazirinin müavini
23.05.2011 - 21.11.2015 - Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini
22.11.2015 - 30.05.2016 - Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi
31.05.2016 - 03.05.2018 - Tatarıstan Respublikasının Dövlət Arxiv İşləri Komitəsinin sədri
03.05.2018 - hazırda - Tatarıstan Respublikasının mədəniyyət naziri
Ailəsi
Ailəlidir bir qızı var.
Mükafatları
2014-cü ildən Tatarıstan Respublikasının əməkdar iqtisadçısıdır.