Çad Truyillo
Çad Truyillo (ing. Chadwick A. Trujillo; 22 noyabr 1973) —— Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom.
Çad Truyillo | |
---|---|
ing. Chadwick A. Trujillo | |
Doğum tarixi | 22 noyabr 1973 (47 yaş) |
Vətəndaşlığı | ABŞ |
Elm sahəsi | Astronomiya |
İş yeri | Massaçusets Texnologiya İnstitutu Havay Universiteti |
Təhsili | |
Tanınır | Makemake və bir sıra Neptunxarici cisimin kəşfi |
chadtrujillo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Çad Truyillo kompüter proqramlaşmasından istifadə edərək bir sıra Neptunxarici cisimlər kəşf etmiş vo onların orbitini hesablamışdır. O, 2003-cü ildə Mayk Braun və David Rabinoviçlə birlikdə Erida, 2005-ci ildə isə Makemakeni kəşf etmişdir. Komanda tərəfindən Disnomiya peykinin kəşfi nəticəsində Eridanın Plutondan daha böyük Neptunxarici cisim olması məlum olmuşdur.
Karyerası
Çad Truyillo İllinoysda yerləşən Oak Park və River Forestdə bakalavr təhsili almışdır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunda təhsil almış, daha sonra 2000-ci ildən etibarən Havay Universitetində təhsilini davam etdirərək burada doktorluq dərəcəsinə yiyələnmişdir. 2000-2003-cü illərdə o Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı olaraq fəaliyyət göstərdikdən sonra Havayda yerləşən Gemini Rəsədxanasında işə başlamışdır. 2013-cü ildən rəsədxananın Adaptiv Optik Bölməsinin rəhbəri olaraq fəaliyyətə başlamış və 2016-cı ildən etibarən öz işinə Şimali Arizona Universitetində köməkçi dosent olaraq davam etmişdir. O, Koyper qurşağında yerləşən obyektləri öyrənir.
Kəşfləri
Çad Truyillo 1996-2013-cü illərdə Koyper qurşağına aid 54 cırtdan planeti kəşf etdiyi üçün Cırtdan Planet Mərkəzi tərəfindən mükafatlandırılmışdır. Onun da daxil olduğu komanda tərəfindən kəşf olunan Erida əvvəlcə 10-cu planet olaraq qəbul edilsə də, daha sonra Beynəlxalq Astronomiya İttifaqı tərəfindən cırtdan planet statusu formalaşdırıldı və yeni obyekt ora daxil edildi.
Onun tərəfindən kəşf olunan bilinən bəzi plutoidlər aşağıdakılardır:
- Quaoar - Mayk Braunla birlikdə kəşf etmişdir.
- Sedna - Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir. Daxili Oort Buluduna aid kəşf edilən ilk cisim hesab olunur.
- Orkus - Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir.
- Erida - Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir. Ölçüsünə görə Plutondan daha böyükdür.
- Haumea - İspaniyada yerləşən Siyera Nevada Rəsədxanasında kəşf etmişdir.
- Makemake - 2005-ci ildə Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir. Kəşf olunan ilk 5 cırtdan planetdən biridir.
Mükafatları
Asteroid qurşağında 12101 Truyillo adlı asteroid onun şərəfinə adlandırılmışdır. 2006-cı ildə Elmi Spektr Jurnalı tərəfindən elmin qabaqcıllarından biri olaraq elan edilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- Official website
İstinadlar
- ↑ Schmadel, Lutz D. (2007). "(12101) Trujillo". Dictionary of Minor Planet Names – (12101) Trujillo. Springer Berlin Heidelberg. p. 776. doi:10.1007/978-3-540-29925-7_8527. ISBN 978-3-540-00238-3.
- ↑ "136199 Eris (2003 UB313)". Minor Planet Center. Retrieved July 26, 2016.
- ↑ Brown, Michael E.; Schaller, Emily L. (June 2007). "The Mass of Dwarf Planet Eris". Science. 316 (5831): 1585. Bibcode:2007Sci...316.1585B. doi:10.1126/science.1139415. PMID 17569855. Retrieved July 26, 2016.
- ↑ . Nupepa. August 2005. Archived from the original on August 13, 2009. Retrieved July 26, 2016.
- "Chad Trujillo CV" (PDF).
- "136108 Haumea (2003 EL61)". Minor Planet Center. Retrieved July 26, 2016.
- "136472 Makemake (2005 FY9)". Minor Planet Center. Retrieved July 26, 2016.
- "SCIENCE SPECTRUM MAGAZINE ANNOUNCES TOP MINORITIES IN SCIENCE" (PDF). May 8, 2006. Retrieved April 4, 2018.